
Bilirəm, eşqinin sorağındayam.
Əlçatmaz sevginin qollarındayam.
Həsrətdən dolu bir qərib diyarın,
Uçub viran olmuş daxmasındayam.
Gedənin yüküylə yaşamaq çətin.
Səndən qalan izlər dərindən-dərin,
Eşqimizi yarım qoyan əllərin,
Əlimi bir daha isidən deyil.
Ağla, viran qalan ürəyim ağla.
Ruhuma yaşayan xəyallar bağla,
Çəkdiyim hər ağır yükün adına,
Yenidən yaşayan ümidlər bağla.
Yazar: Lala Hasancan


Yorum Yazın