• Gözleri Çıkmış Ölüm
      Gözleri Çıkmış Ölüm
      25 Şubat 2025 23:23
      Son Güncelleme:25 Şubat 2025 23:23
      Habil Yaşar

      (Hocalı Soykırımı'na ithafen)

      Ölümün gözleri çıkmıştı, vahşice öldürülenleri göremiyordu. O gece şehrin dört bir yanı korkunç kâbusların mekânına dönüşmüştü. Her yerde başsız bedenlerin, bedensiz başların tüyler ürperten görüntüsü insana insanlıktan bu kadar çıkmasını anlatıyordu. Havanın ölüm kokması, baykuşların bile canına korku salmıştı. Baykuşlar insanın bu kadar acımasızca öldürülmesini görmemişti ya da göreceğini bile aklına getirmemişti. Ruhların birbirine karıştığı mekânda, zaman bile yerinde donup kalmıştı, hayretinden ne ileri ne de geri çekebiliyordu akreplerini. Saniyeler bile işlemiyordu ölüm kokulu şehirde. Gözyaşları kana dönmüştü, dünyaya barışı çağıran güvercinlerin. Barış adlı çağrının hiçbir faydası olmamıştı insan adı taşıyan "insancıklara". Barış bu kadar rezalete maruz kalmamıştı dünya yaratıldığından beri. Yarasalar yolunu kaybetmişti bu gece, sıradan gecelerde görmeden uçarak hiç engel olmadan uçan yarasalar. Bu gece o gecelerden değildi, cehennemden korkunç bir manzaranın tasviriydi. Ölülerin canı olsaydı neler çektiklerini anlatırdı cisimlerinin. "İntikam kıyamete kalmaz" demişler, ama intikamı kıyamete kalmıştı ölülerin. Hiçbir zaman dertlerini anlatamayacaklardı ölüler. Sonsuz sayıda can alan ölüm hiç bu kadar yorulmamıştı can alma görevi başladığından beri. Gözleri çıkmış ölümün görebileceği hiçbir şey kalmamıştı. Gördüğünü görmüştü zaten bir gecenin içinde. Gördüklerini görmek istemese de görmüştü. Ölüm bile insanları bu derecede vahşiliğinden dolayı hayal kırıklığına uğramıştı. Öldürenlerin öldürülenlere yaptığını ölüm bile yapmazdı hiçbir zaman. Ama insan olmadığını bir kez daha gösterdi insan olmayan "insancıklar".

      Gözləri çıxmış ölüm
                                       (Xocalı soyqırımına həsr olunur)
                            
        Ölümün gözləri çıxmışdı,vəhşicəsinə öldürülənləri görə bilmirdi. O gecə şəhərin dörd bir yanı qorxunc kabusların  məskəninə çevrilmişdi. Hər tərəfdə başsız bədənlərin,bədənsiz başların tükürpədici görüntüsü insana insanlıqdan bu qədər çıxmasını anladırdı. Havanın ölüm qoxuması,bayquşların belə canına vəlvələ salmışdı. Bayquşlar insanın bu qədər qəddarlıqla öldürülməsini görməmişdi,ya da görəcəyini belə heç ağlına gətirməmişdi. Ruhların bir-birinə qarışdığı məkanda,zaman belə öz yerində donub qalmışdı,heyrətindən nə irəli,nə də geri çəkə bilirdi əqrəblərini. Saniyələr belə işləmirdi ölüm qoxulu şəhərdə. Göz yaşları qana dönmüşdü,dünyaya barışı səsləyən göyərçinlərin. Barış adlı səslənişin heç bir faydası toxunmamışdı insan adı daşıyan “insancığazlara”. Barış bu qədər rəzalətə düçar olmamışdı dünya yaranandan bəri. Yarasalar öz yolunu itirmişdi bu gecə,adi gecələrdə görməyə-görməyə heç bir maneə olmadan uçan yarasalar. Bu gecə o gecələrdən deyildi,cəhənnəmdən qorxunc bir mənzərənin təsviri idi. Ölülərin canı olsaydı danışardı nələr çəkdiklərini cisimlərinin. ”Qisas qiyamətə qalmaz”demişlər,amma qisası qiyamətə qalmışdı ölülərin. Heç zaman dərdlərini danışa bilməyəcəkdi ölülər. Sonsuz sayda canlar alan ölüm heç zaman bu qədər də yorulmamışdı can almaq vəzifəsinə keçəndən bəri. Gözləri çıxmış ölümün görə biləcəyi heç nə qalmamışdı. Gördüyünü görmüşdü artıq bir gecənin içində. Gördüklərini görmək istəməsə də görmüşdü. Ölüm belə məyuslaşmışdı insanların bu dərəcədə vəhşiliyindən dolayı. Öldürənlərin öldürülənlərə etdiyini ölüm belə etməzdi heç zaman. Amma insan olmadığını bir daha göstərdi insan olmayan “insancığazlar”.
                                                

                          Habil Yaşar
       

      Yorum Yazın

    • SüperLig Puan Durumu
      TakımOAP
        O A P
      1.GALATASARAY A.Ş. 36 91 95
      2.FENERBAHÇE A.Ş. 36 90 84
      3.REEDER SAMSUNSPOR 36 55 64
      4.BEŞİKTAŞ A.Ş. 36 59 62
      5.RAMS BAŞAKŞEHİR FUTBOL KULÜBÜ 36 60 54
      6.EYÜPSPOR 36 52 53
      7.TRABZONSPOR A.Ş. 36 58 51
      8.GÖZTEPE A.Ş. 36 59 50
      9.ÇAYKUR RİZESPOR A.Ş. 36 52 49
      10.KASIMPAŞA A.Ş. 36 62 47
      11.TÜMOSAN KONYASPOR 36 45 46
      12.CORENDON ALANYASPOR 36 43 45
      13.BELLONA KAYSERİSPOR 36 45 45
      14.GAZİANTEP FUTBOL KULÜBÜ A.Ş. 36 45 45
      15.ONVO ANTALYASPOR 36 37 44
      16.SİPAY BODRUM FK 36 26 37
      17.NET GLOBAL SİVASSPOR 36 44 35
      18.ATAKAŞ HATAYSPOR 36 47 26
      19.ADANA DEMİRSPOR A.Ş. 36 34 2
      İstanbul nöbetçi eczaneleri